Azərbaycan və Xorvatiyanın futbol üzrə milli komandaları arasında sentyabrın 3-də keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına indiyədək 8000 bilet satılıb.
Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, oyun gününədək biletlərin tam alınacağı gözlənilir: "Qarşılaşmaya maraq böyükdür. Bu gedişlə, yəqin ki, biletlərin hamısı alınacaq və anşlaq olacaq".
Qeyd edək ki, "Bakcell Arena" 11 min tamaşaçı tutumuna malikdir. Azərbaycan - Xorvatiya matçı sabah saat 21:00-da başlanacaq.