ABŞ-ın "Los-Anceles Qalaksi" klubunun yarımmüdafiəçisi Stiven Cerrard maraqlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məəlumat yayıb. 17 il oynadığı "Liverpul"u MLS təmsilçisinə dəyişən təcrübəli futbolçu bildirib ki, əgər oynayan məşqçi kimi Brendan Rocersin məşqçilər korpusuna daxil olmaq təklifi gəlsəydi Mersisayd klubunda qalardı:
"Əgər oynayan məşqçi kimi Brendan Rocersin məşqçilər korpusuna daxil olmaq şansı verilsəydi, karyeramı "Liverpul"da davam etdirə bilərdim. Ancaq mən gedişimi elan edəndən sonra belə bir təklif gəldi.
Bilmirəm, baş məşqçinin birinci, ikinci və ya üçüncü köməkçisi olmağa kifayət qədər layiqəmmi? "Liverpul" yayda Rocersin köməkçiləri Pasko və Marşaya alternativ axtarırdı, prinsip etibarilə mən bu halda komandanın oyunçusu qalaraq onlardan birini əvəz edə bilərdim".
Rüstəm