"Qalatasaray" aparıcı futbolçusu Uesli Senyderlə yeni müqavilə imzalayacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə klub prezidenti Dursun Özbək "Haber Türk" kanalında qatıldığı bir verilişdə açıqlama verib.
O, hollandiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalayacaqlarını bildirib: "Sneyderlə şifahi razılıq əldə etmişik. Gələn həftə onun meneceri İstanbula gələcək və müqavilə imzalanacaq" - deyə Dursun Özbək qeyd edib.
Xatırladaq ki, Sneyder 2013-cü ildən "cim-bom"un şərəfini qoruyur. O, bu müddət ərzində İstanbul klubunun heyətində 71 oyuna çıxıb və 25 qol vurub.