Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsi start götürəcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.
A qrupunda Madrid “Real”ı “Şaxtyor”u, PSJ isə “Malmö”nü qəbul edəcək.
B qrupunda “Mançester Yunayted” səfərdə PSV ilə qarşılaşacaq. Qrupun digər matçında isə “Volfsburq” Moskva MOİK-i ilə üz-üzə gələcək.
Gecənin ən maraqlı qarşılaşmalarından biri C qrupunda baş tutacaq. Türkiyənin ÇL-dəki yeganə təmsilçisi “Qalatasaray” öz meydanında “Atletiko”nu qəbul edəcək. Turnirin debütantı “Astana” isə “Benfika”nın qonağı olacaq.
Günün mərkəzi oyunu Mançester şəhərində olacaq. D qrupunda “Mançester Siti” və “Yuventus” komandaları üz-üzə gələcək. Son finalçı və İtaliya A seriyasının cari mövsümündə özünə bənzəməyən “Yuve”nin İngiltərədə hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Qrupun digər görüşündə isə “Sevilya” Münhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq.
Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur
15 sentyabr
A qrupu
23:45 PSJ (Fransa) – Malmö (İsveç)
23:45 Real (İspaniya) – Şaxtyor (Ukrayna)
B qrupu
23:45 PSV (Hollandiya) – Mançester Yunayted (İngiltərə)
23:45 Volfsburq (Almaniya) – MOİK (Rusiya)
C qrupu
23:45 Benfika (Portuqaliya) – Astana (Qazaxıstan)
23:45 Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya)
D qrupu
23:45 Mançester Siti (İngiltərə) – Yuventus (İtaliya)
23:45 Sevilya (İspaniya) – Borussiya M (Almaniya)