22 Sentyabr 2015 22:35
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” klubu Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb.

Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi ilin sonunadək “ağ-qaralar”ın şərəfini qoruyacaq. Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 23 yaşlı Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.


Müəllif: