23 Sentyabr 2015 18:25
287

Çin milli komandasının və "Quançjou Everqrand" klubunun futbolçusu Çjan Linpen qışda İspaniya "Real Madrid"inə keçəcək.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi bir neçə məşhur klubdan aldığı təklif arasından seçim edib.

O, "kral klubu"nda oynamağı üstün tutub. İndi iki klubun anlaşması qalıb.

Qeyd edək ki, Çjan Linpen 4 qat Çin çempionudur.


Müəllif:
Загрузка...