27 Sentyabr 2015 13:51
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya çempionatının 10-cu turunda keçirilən "Spartak" - "Zenit" oyununda (2:2) yenə də insident yaşanıb.


Publika.az xəbər verir ki, azarkeşlər irqçi hərəkətlə yadda qalıblar. Bu dəfə rasizmin qurbanı "Zenit"in futbolçusu Halk olub. Halk əvəzlənərkən, azarkeşlər onu irqçi təhqirə məruz qoyublar. Futbolçu bu barbarlığa sərt reaksiya verməyib. O, bu təhqirə sadəcə, tribunalara öpüş jesti göndərməklə reaksiya verib. Halk oyundan sonra baş verənlərə belə münasibət bildirib:

"Çox təəssüf ki, tribunalarda rasizm davam edir. Bu məsələni qabartmaq istəmirəm, çünki indiyə qədər bununla bağlı çox danışımışam. Belə təhqirlərə öpüşlə və meydandakı oyunumla cavab vermək istəyirəm. Bu cür hərəkətlər hətta müzakirə olunmağa belə layiq deyil".

Rusiya stadionlarında baş verən rasizm hərəkətləri FİFA-nın da diqqətindədir. FİFA 2018-ci ildə bu ölkədə keçiriləcək dünya çempionatı zamanı belə hərəkətlərin olacağından narahatdır. Ali futbol qurumu Rusiyaya bu məsələ ilə bağlı mübarizə aparmağı tövsiyə edib. Görünür, mübarizənin effekti yoxdur, ruslar barbarlıqlarından qalmırlar.


Müəllif:

Oxşar xəbərlər