2 Oktyabr 2015 08:07
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"da zədə epidemiyası davam edir.

Lionel Messinin ardından Andres İniyesta da zədələnərək sıradan çıxıb.

İniyesta Kataloniya təmsilçisinin cari mövsüm zədələnən 10-cu futbolçusu olub. Ona qədər "Barselona"da Dani Alveş, Klaudio Bravo, Tomas Vermalen, Xordi Alba, Duqlas, Rafinya, Neymar, Sandro Ramirez və Lionel Messi zədələnib.

Luis Enrikenin komandası 5 gün ərzində iki önəmli futbolçusunu "itirib". La Liqanın 6-cı turunda "Las Palmas"la keçirilən görüşdə Messi zədələnərək iki aylıq sıradan çıxıb. Ardından Çempionlar Liqasının qrup mərhələsində "Bayer" (Leverkuzen) ilə matçda İniyesta zədələnib. İspaniyalı futbolçu da 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, ötən mövsüm ərzində "Barselona"da cəmi 15 zədəli futbolçu olduğu halda, cari mövsümün ilk 6 həftəsində artıq Kataloniya klubunun 10 futbolçusu sıradan çıxıb.


Müəllif:

Oxşar xəbərlər