İspaniya La Liqasında 7-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 5 qarşılaşma baş tutub.
Səfərdə "Sevilya"nın qonağı olan "Barselona" rəqibinə 1:2 hesabı ilə uduzub. Millimizin üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Eybar" səfərdə "Las Palmas"la qarşılaşıb. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov matçın 69-cu dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, La Liqada 7-ci tura bu axşam keçiriləcək 4 oyunla yekun vurulacaq.
3 oktyabr
İspaniya La Liqası, 7-ci tur
"Sevilya" - "Barselona" - 2:1
Qollar: Krohn-Deli, 52 (1:0), İborra, 58 (2:0), Neymar, 74-pen (2:1)
"Qranada" - "Deportivo" - 1:1
Qollar: Fajr, 25 (0:1), Piti, 65 (1:1)
"Espanyol" - "Sportinq" (Xixon) - 1:2
Qollar: Haliloviç, 10 (0:1), Kaysedo, 62 (1:1), Menendez, 90+2 (1:2)
"Las Palmas" - "Eybar" - 0:2
Qollar: Beryon, 7 (0:1), Baaton, 62 (0:2)
"Malaqa" - "Real Sosyedad" - 3:1
Qollar: Çarles, 4 (1:0), 7 (2:0), Aqirretxe, 14 (2:1), Çarles, 89 (3:1)
Qırmızı vərəqə: Tissone, 71 ("Malaqa")
4 oktyabr
"Rayo Valyekano" - "Betis"
"Atletik" (Bilbao) - "Valensiya"
"Levante" - "Vilyareal"
"Atletiko" (Madrid) - "Real" (Madrid)
2 oktyabr
"Selta Viqo" - "Hetafe" - 0:0