11 Oktyabr 2015 11:59
642

Klub rəhbərliyi hesab edir ki, 28 yaşlı ispan hücumçu üçün qoyulan qiymət (24 milyon avro) çox bahadı.

"Barselona" qış fasiləsində FIFA-nın qoyduğu qadağa aradan qalxan kimi heyətini yeni futbolçularla gücləndirəcək.

Kataloniyanın "Sport" qəzetinin verdiyi xəbərə görə, La Liqa təmsilçisinin əsas transfer hədəfi "Selta"nın oyunçusu Nolitodu. Ancaq klub rəhbərliyi hesab edir ki, 28 yaşlı ispan hücumçu üçün qoyulan qiymət (24 milyon avro) çox bahadı.

Qəzetin məlumatına görə, "Barselona"nın alternativ variantları bunlardı: Dirk Kuyt ("Feyenoord"), Serxio Qarsiya ("Əl-Rayan"), Alvaro Neqredo ("Valensiya") və Conatan Soriano ("Zalsburq").

Bu mövsüm:

Nolito 7 oyunda 5 qol 3 məhsuldar ötürmə
Kuyt 8 oyunda 4 qol
Qarsiya 3 oyunda 1 qol
Neqredo 5 oyunda 1 qol
Soriano 7 oyunda 6 qol 1 məhsuldar ötürmə


Müəllif: