“Milan”ın baş məşqçisi Sinişa Mixayloviç komandasının oyun sxeminı dəyişmək qərarı verib.
Qol.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, ötən həftəsonu serbiyalı mütəxəssisin klubun prezidenti Silvio Berluskoni ilə görüşü keçirilib.
Görüşdə “Milan”ın sahibi Mixayloviçdən komandanın əvvəli oyun sxemini (4-4-2) bərpa etməyi xahiş edib. Berluskoninin fikrincə, bu mövsümün 7 turunda istifadə olunan 4-3-1-2 sxemi özünü doğrultmayıb.
Ehtimal olunur ki, oktyabrın 17-də “Torino” ilə matçda “Milan” klassik düzülüşdə oynayacaq.