Bakı "İnter"inin sabiq məşqçisi Marion Pusiçin yeni komandası müəyyənləşib.
Bosniyalı mütəxəssis bundan sonra "Tvente"də işləyəcək.
Bu barədə məlumatı Hollandiya klubunun rəsmi saytı yayıb. O, Enshede təmsilçisinin baş məşqçisi Rene Hekanın köməkçisi təyin edilib.
Qeyd edək ki, Pusiç "İnter"ə bu ilin əvvəlində gəlib. Onun paytaxt təmsilçisinin növbəti baş məşqçisi olacağı gözlənilirdi. Lakin "İnter" maliyyə problemləri ilə üzləşdiyi üçün Pusiç klubla yollarını ayırmaq məcburiyyətində qalıb.