3 Noyabr 2015 15:27
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu mövsüm uğursuzluğu ilə diqqət çəkən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo postunda qalacağı halda komandanın məşhur siması Eden Hazardın "Real"a keçmək ehtimalı daha da artacaq.

Teleqraf.com "Daily Mail" istinadən xəbər verir ki, belçikalı futbolçu ilə portuqaliyalı mütəxəssis arasındakı münasibət heç də yaxşı deyil. Hazard artıq Mourinyo və müxtəlif tənqdiçilərin fikirlərindən yorulub.

Əgər Mourinyo "Çelsi"dən kənarlaşdırılmayacağı təqdirdə təcrübəli futbolçu yayda "Real"a keçəcək.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi uşaqlıqdan "Real" azarkeşidi və Zinəddin Zidan onun kumiridi.

Rüstəm


Müəllif: