1 Dekabr 2015 18:43
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin 2-5 dekabr tarixləri arasında Bakıda keçiriləcək Bakutel beynəlxalq Telekommunikasiya və İnformasiya konfrans-sərgisinin 200-ə yaxın iştirakçısı arasında Formula 1 Avropa Qran Prisinin Azərbaycandakı promouteri - Bakı Şəhər Halqası Əməliyyat Şirkəti də yer alıb.

Publika.az xəbər verir ki, ITECA Caspian şirkətinin təşkilatçılığı ilə hər il yerli təmsilçilərdən əlavə Rusiya, Amerika, Türkiyə və digər xarici ölkələrin aparıcı şirkətlərinin qatıldığı sərgidə Bakı Şəhər Halqası da 3 gün ərzində özünəməxsus şəkildə təmsil olunacaq. Belə ki, promouter şirkətin Formula 1 tərzində qurulmuş stendi ətrafında yarışın bilet satışı və ümumilikdə Qran Pri ilə bağlı son yenilikləri əks etdirən məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

“Biz 3 gün ərzində hər bir sferada çalışan yerli və xarici motoidman azarkeş kütləsinə ünvanlanmağı hədəf seçmişik. Konfrans-sərgi zamanı telekommunikasiya sənayesinin təmsilçiləri, istehlakçılar və ümumiyyətlə konfrans-sərginin ziyarətçiləri arasında Avropa Qran Prisini səbrsizliklə gözləyən qonaqlarla üzbəüz görüşmək və onları maraqlandıran bütün sualları əhatə etmək imkanımız olacaq” – deyə şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qeyd edib.


Müəllif: