Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsində növbəti oyunlar keçirilir.
"Qəbələ" doğma meydanda birinci divizion təmsilçisi "Mil-Muğan"ı qəbul edib.
Meydan sahibləri birinci hissədə 5, ikinci hissədə isə 2 qol vurublar - 7:0.
"Rəvan" isə "Bakı"nı sınağa çəkəcək.
Xatırladaq ki, ötən gün keçirilən oyunlardan sonra “İnter”, “Sumqayıt”, “Zirə”, “Xəzər Lənkəran”, “Neftçi” və “Qarabağ” klubları 1/4 finala yüksəliblər.