7 Dekabr 2015 09:57
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" "Kadis"lə İspaniya kubokun 1/16 finalının cavab matçına biletlərin satışını dayandırmayıb.

Teleqraf.com xəbər verir ki, Madrid klubu 3:1 hesabı ilə qalib gəldiyi görüşdə cəzalı Denis Çerışevi oynatdığına görə Kral Kubokundan uzaqlaşdırılıb. Ancaq La Liqa nəhəngi bu qərarla razılaşmayıb.

Cümə axşamı İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsində "Real"ın şikayətinə baxılacaq. Ertəsi gün isə idman işləri ilə bağlı İntizam Komitəsində məsələyə tam aydınlıq gələcək.

Klubdan bildirilib ki, əgər "Kadis"lə cavab matçı keçirilməsə, "Real" sözügedən qarşılaşmaya bilet almış azarkeşlərin pulunu qaytaracaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər