5 İyun 2014 17:48
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xəzər Lənkəran" baş məşqçisinin adı məlum olub.

Publika.az xəbər verir ki, Mustafa Dənizlinin yerinə Oğuz Çetin təyin olunub. Klubun rəsmi saytı məlumatı təsdiqləyib. Əslində Çetinin bu vəzifəyə təyin olunacağı əvvəldən məlum olub. Publika.az bu barədə mayın 16-da saytda dərc olunan “Dənizlinin qələmini Mübariz Mənsimov qırıb” başlıqlı yazıda məlumat vermişdi. O vaxt klub rəhbərliyi bu xəbəri təkzib etməyə çalışmış, Çetinin Dənizlinin yerini tutmayacağını bildirmişdi.

Qeyd edək ki, ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan Çetin, çempionatın son 4 turunun oyunlarına komandanı baş məşqçi əvəzi qismində çıxarmışdı.

Oğuz Çetin 5 il müddətində Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.


Müəllif: