16 Dekabr 2015 10:10
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq ilk “4-lük”də qərarlaşmağımız mümkün deyil. Futbolçularımın işimdə mənə xəyanət etdiyini hiss edirəm".

Qol.Az-ın “The Sun” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri “Çelsi”nin baş məşqmisi Joze Mourinyo “Lester”ə məğlubiyyətdən sonra deyib.

O, “Lester”lə oyun üçün dörd gün dayanmadan işlədiyini bildirib: "Rəqibi yaxşı analiz etmişdim. Futbolçularım ən azı üç gün bütün tapşırıqları aldılar. Onların daxilən yaxşı insan olduqlarını bilirəm. Bir gün onlara hər şeyi doğru tapşırdığımı görəcəklər“.

Portuqaliyalı mütəxəssis həmçinin, “Çelsi”dən ayrılmaq istəmədiyini də qeyd edib: ”Çelsi”də işimi davam etdirmək istəyirəm. İnanıram ki, klubun sahibi Roman Abromoviç də qalmağımı istəyəcək”.


Müəllif:

Oxşar xəbərlər