19 Aprel 2014 23:55
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalatasaray" klubunun qapıçısı Fernando Musleranın komandadakı gələcək taleyinə aydınlıq gəlib.

Teleqraf.com-un verdiyi məlumata görə, 27 yaşlı qolkiper dünya çempionatından sonra "Cim Bom"la müqavilənin müddətini uzadacaq.

Avropanın aparıcı klublarının maraq dairəsinə düşən uruqvaylı qapıçının "Qalatasaray"da qalmaq istədiyi bildirilir. Lakin Musleranın komandasıyla neçə illik müqavilə imzalayacağı hələlik məlum deyil.

Qeyd edək ki, daha öncə Burak Yılmazla 2019-cu ilə qədər sözləşmə yeniləyən "Qalatasaray"ın Səlcuk İnanla da prinsipdə anlaşdığı iddia olunur.


Müəllif: