"Real"ın prezidenti Florentino Peres Joze Mourinyonun Madrid klubuna qayıdacağı iddialarına münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, gündəmlərində portuqaliyalı mütəxəssislə yenidən danışığa başlamaq ehtimalının olmadığını deyib:
"Gələcəkdə nə olacağını bilmirəm. Amma hazırda Mourinyo gündəmimizdə yoxdur. Onunla çox yaxşı anlarım olub. Mourinyo ilə Çempionlar Liqasında üç dəfə yarımfinalda oynadıq, ancaq finala yüksələ bilmədik"