"Qəbələ" klubu daha bir futbolçu ilə yollarını ayırıb.
Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilə müddəti artırılmayıb.
Bununla da komandanı qış fasiləsində tərk edən oyunçuların sayı 5-ə çatıb. Daha öncə Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də "qırmızı-qaralar"ı tərk edib. Əvəzində Rafael Santosla müqavilə müddəti 1,5 il uzadılıb.
Klubdan o da bildirilib ki, müqavilə müddəti 2017-ci ilin yayınadək artırılan baş məşqçi Roman Qriqorçukun istəyilə komandaya yarımmüdafiəçi və hücumçu transfer ediləcək.
Qeyd edək ki, "Qəbələ" qış fasiləsinə 28 xalla 4-cü pillədə yollanıb.