Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin köhnə meneceri Villi Veber alman pilotu 2013-cü ildə xizək sürərkən yıxılıb yaralanmasından sonra görmədiyini bildirib.
Veber bir müddət əvvəl "Bild"ə verdiyi açıqlamada Mixaelin vəziyyətinin yaxşı olmadığını bildirib:
"Təəssüflər olsun ki, Facebook-da da bildirdiyim kimi, həyat yoldaşı Korinna mənim Şumaxerlə görüşməyimə, hər hansı əlaqə yaratmama mane olur. Dəfələrlə onu görmək üçün icazə almağa çalışdım, amma olmadı. Səbəbini də bilmirəm.
Qəzadan əvvəl onunla münasibətimiz əla idi. Ştutqartda 2 həftə birlikdə bəzi planlar qurduq. Mənimlə birlikdə ailəm də məyusdu. Çünki 25 illik tanışlığımız var. Amma Korinnanın etdiyini başa düşə bilmirəm".
"Bild" nəşri məsələ ilə bağlı Şumaxerin indiki meneceri Sabine Kehmlə əlaqə yaratmaq istəsə də, alınmayıb.