28 Dekabr 2015 18:12
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddətdir "Sumqayıt"ın düşərgəsində məşq edən Kamran Ağayevin bu klubla anlaşması barədə хəbərlər yayılmışdı. Məlumatda deyilirdi ki, tərəflər arasında şifahi razılıq əldə olunub və Kamran yaya qədər "Sumqayıt"ın formasını geyinmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, millimizin bir nömrəsi fərqli qərar verib. Aut.az-ın əldə etdiyi məlumata görə, Ağayev "İnter"lə anlaşıb. Səlahət Ağayevlə yollarını ayıran "Bankirlər" millinin əsas qapıçısı ilə danışıqları müsbət yekunlaşdırıb və müqavilə şərtlərini razılaşdırıb.

Qeyd edək ki, bu ilin əvvəlindən Türkiyədə "Kayserispor" və "Karşıyaka" klublarının formasını geyinən Kamran əvvəllər ölkəmizdə "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı" və "Qəbələ"də oynayıb.


Müəllif:

Oxşar xəbərlər