"Barselona"nın gənc komandasının (U-12) rəhbərliyi futbolçulara Mayamidə keçirilən ənənəvi "La Liga Promises" beynəlxalq turnirində "Real"ın canlı əfsanəsi Raul Qonzaleslə şəkil çəkdirməyi qadağan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Cadena SER" nəşri yazıb. "Barselona"nın üzvləri Raulun səfir kimi yarışa dəvət edilməsinə şad olublar, amma rəhbərlik oyunçuların yorğunluğunu əsas gətirərək qrup şəklindən imtina edib.
İspaniya Liqasının prezidenti Xavyer Tebas bununla bağlı narazılığını primero nəhənginin rəhbərliyinə çatdırıb. Klubdan bildirilib ki, gənc komandanın rəhbərlərinin hərəkətində pis niyyət axtarılmasın və oyunçular başqa vaxt Raulla şəkil çəkdirəcəklər.
Buna baxmayaraq, "Barselona"nın U-12 komandası Raulla xatirə şəkli çəkdiriblər.
Rüstəm