29 Dekabr 2015 16:02
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”dan başqa Azərbaycan Premyer Liqasında iştirak edən bütün komandaların bizə borcu var. Klublara bununla bağlı müraciət olunub”.

Bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.


PFL rəhbəri borcların qoyulan vaxtda ödənilməyəcəyi təqdirdə 9 komandanı ciddi sanksiya gözlədiyini söyləyib:


“Borclar mütləq klublardan alınacaq. Onların hamısına deyilib. Əgər pullar ödənilməsə, həm lisenziya ilə bağlı problem yaşayacaqlar, həm də klubların xalları silinəcək”.

Musayev qış fasiləsindən dərhal sonra borcların ödənilməli olduğunu bildirib:


“Fevrala qədər hamısına vaxt qoyulub. Üçüncü dövrənin startına qədər borclar ödənilməlidir. Əgər hazırda borcları varsa, deməli, “Qarabağ”dan başqa heç bir komanda lisenziyalaşdırmanın tələblərinə cavab vermir”.


apasport.az


Müəllif: