Avtoqol təkcə futbol qarşılaşmalarında qeydə alınmır. Elə hokkeydə də avtoqollar vurulur. Özü də necə avtoqol...
Hokkey tarixinin ən axmaq avtoqolu qeydə alınıb. Bu qol polşalı qapıçı David Zabolotnonun adına yazılıb.
Qapıçı Polşa kubokunda keçirilən “Yastşembe” - “Krakoviya” qarşılaşmasında “fərqlənib”. David qapının harda yerləşdiyini unudaraq, yoldaşına ötürmə etmək niyyətinə düşüb və şaybanı öz qapısına göndərib.
Qarşılaşma “Krakoviya”nın 3:0 hesablı qələbəsiylə başa çatıb.