Xosep Qvardiolanın “Mançester Siti”ylə anlaşması “Barselona”nı qorxudub.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi keçmiş baş məşqçilərindən ehtiyatlanır. Klub rəhbərliyi hesab edir ki, Pep “Barsa”nın futbolçularından bəzisini “Siti”yə apara bilər.
Rəhbərlik ən çox Klaudio Bravo məsələsində əndişəlidi. Qvardiola çoxdan Bravonun oyununa heyran olduğunu bildirib. “Barsa” rəhbərliyi “Siti”dən təklif gələcəyi təqdirdə, Bravonun onu dəyərləndirəcəyindən ehtiyat edir.
Bravo “Barselona”ya 2014-cü ilin yayında “Real Sosyedad”dan keçib və 4 illik müqavilə bağlayıb.