9 Fevral 2016 02:03
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın argentinalı hücumçusu Lionel Messi sabah əməliyyat olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Katalon mətbuatı xəbər yayıb.

Argentinalı futbolçu ağrılar səbəbindən komandanın son məşqini buraxıb. Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messinin bir müddət əvvəl böyrəyində daş aşkarlanıb. Məhz bu səbəbdən Argentina millisinin üzvü üzun müddətdir əziyyət çəkir.

Futbolçu bu gün böyrəyindən əməliyat olunacaq. Həkimlər əməliyyatın cüzi xarakter daşıyacağını və hücumçunun həmin gün evə buraxılacağını qeyd edib. Messi fevralın 11-də artıq yaşıl meydana qayıda biləcək.

Qeyd edək ki, Messi ağrılar səbəbindən komandasına klublararası dünya çempionatında kömək edə bilməmişdi. Həmçinin Argentina millisinin düşərgəsində olan Messi ağrılar səbəbindən bir neçə dəfə məşqi yarımçıq tərk etmişdi.

Bu mövsüm İspaniya çempionatında keçirdiyi 17 qarşılaşmada Lionel Messi 12 qola imza atıb. Bu oyunlar ərzində onun hesabında 5 məhsuldar ötürmə var.


Müəllif:

Oxşar xəbərlər