Türkiyə superliqasının 22-ci turu çərçivəsində “Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib.
Hesabda “Qalatasaray” geridə olsa da, sonda qalib gələ bilib. Qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Gərgin keçən oyunda "Trabzonsopr"un dörd futbolçusu qırımızı kart alıb. "Qalatasaray" 22 oyunla 37 xal toplayaraq, 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, super liqaya liderliyi 22 oyundan 50 xalı olan “Fənərbaxça” edir. "Beşiktaş" isə 20 oyundan 48 xal toplayaraq, 2-ci yerdədir.