“Mançester Yunayted”in baş məşqçisi Lui van Qal mövsümün sonu onu Joze Mourinyonun əvəzləyəcəyi iddialarına münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, o, RTL7-yə müsahibəsində belə iddiaları gülünc adlandırıb. Hollandiyalı mütəxəssis mətbuatın bu cür xəbərlərlə qalmaqal yaratmağa çalışdığını vurğulayıb:
“Bu xəbərlər çıxandan sonra Mourinyo ilə bir neçə dəfə danışmışam. Mənə “Mançester Yunayted”i çalışdıracağını söyləməyib. Bütün xəbərlər yalandır. Klubumun bu məsələ ilə bağlı bir şey etməsini istəmirəm. Çünki mediada çıxan xəbərlərə görə onların günahı yoxdur. Mən və klub rəhbərliyi yazılanlara fikir vermirik”.