İspaniya millisinin qapıçısı İker Kasilyas "Avro-2016"nın final mərhələsində favorit gördüyü komandaların adlarını açılayıb.
Qol.Az-ın məlumatına görə, ispaniyalı qolkiper favoritlər sırasında Fransa, İtaliya, Almaniya və Xorvatiyanı fərqləndirib.
"Fransanı favorit görürəm. Ancaq İtaliyanı yaddan çıxarmaq olmaz. Almaniya isə son dünya çempionudur. Xorxatiya sürpriz edə bilər. Belçikanı da favoritlər arasında söyləmək olar".
Qeyd edək ki, D qrupunda qərarlaşan İspaniya millisi Çexiya, Türkiyə və Xorvatiya yığmaları ilə üzləşib.