ABŞ-ın "Montreal İmpakt" klubunda çıxış edən Didye Droqba xoşagəlməz hadisə ilə üzləşib. Ulduz futbolçunun rəsmi "facebook" səhifəsini İŞİD üzvləri ələ keçirib.
Ancaq məsələyə müdaxilə edən "Facebook" dərhal hesabı geri qaytarıb. Buna qədər isə səhifədə terror qruplaşmasının təbliğatı aparılıb.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.
Sport7.az