12 Mart 2016 17:05
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnter"in baş məşqçisi Roberto Mançini PSJ-nin Zlatan İbrahimoviçi azad agent kimi buraxmasını böyük səhv kimi qiymətləndirib. İsveçli hücumçunun müqaviləsi mövsümün sonunda başa çatır. Onun karyerasını davam etdirməsi üçün Premyer Liqa və MLS variantları var.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, Mançini ulduz futbolçunun "nerazzurri"yə qayıtmasını istisna edib.

"Yaşının kifayət qədər olmasına baxmayaraq, Zlatan əvvəlki kimi oyuna ciddi təsir göstərir. Bunu "Çelsi" ilə qarşılaşmada gördük. Mən PSJ-nin baş məşqçisi olsaydım, belə futbolçunun getməsinə imkan verməzdim. Onu "İnter"də görmək? Bu, klub rəhbərliyinin növbəti mövsümə aid planlarından asılıdır. Amma biz PSJ-nin futbolçusunu transfer etməkdə çətinlik çəkərik".


Müəllif:

Oxşar xəbərlər