"Barcelona"nın müdafiəçisi Xerard Pike "Getafe" üzərindəki qələbədən (6:0) sonra oyun haqda fikir bildirib.
Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, ispan futbolçu Lionel Messinin qaçırdığı penalti haqda da danışıb. "Hər matçda ilk dəqiqələrdən üstünlüyü əldə etmək istəyirik və bu gün bunu bacardıq. Erkən qol vurmağımız işimizə yaradı. Bu tərzdə davam etməliyik. Qaçırılan penalti? 11 metrlik zərbələrdən böyük oyunlarda yararlanacağıq"."Barcelona"nın futbolçuları bu mövsüm ümumilikdə 10 penaltidən yararlana bilməyib.