İtaliyanın "İnter" klubunun prezidenti Erik Tohir komandanın baş məşqçisi Roberto Mançinini istefaya göndərəcəkləri xəbərlərinə münasibət bildirib.
O, italiyalı mütəxəssislə yolları ayırmayacaqlarını deyib:
"Mançini növbəti mövsüm də komandanı çalışdıracaq. Bu mövsüm çempion olmaq istəyirik. Hədəfimizə nail olmaq niyyətindəyiik. Son iki mövsümlə müqayisədə bu mövsüm daha yaxşı çıxış edirik".
Qeyd edək ki, "İnter" A seriyasında 29 turdan sonra 54 xalla 5-ci pillədə qərarlaşıb.