Martın 18-də UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
“Atletiko”, “Barselona”, “Real Madrid” (hər üçü İspaniya), “Bavariya”, “Volfsburq” (hər ikisi Almaniya), “Mançester Siti” (İngiltərə), PSJ (Fransa) və “Benfika” (Portuqaliya) komandalarının qatılacağı mərasimdə cütlüklər "kor püşk" nəticəsində müəyyənləşəcək. Püşkatma zamanı eyni ölkəni təmsil edən iki komandanın bir-biri ilə rəqib olma ehtimalı da var.
Dörddəbir final görüşləri aprelin 5-6-da və 12-13 keçiriləcək./Azərtac/