UEFA “Lokomotiv”in futbolçusu Dmitri Tarasovu cəzalandırıb.
Buna futbolçunun Avropa Liqasının “Fənərbaxça” – “Lokomotiv” oyunundan sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan köynəyi nümayiş etdirməsi səbəb olub.
Qeyd edək ki, UEFA öz bayrağı altında keçirilən yarışlarda siyasi təbliğatı qadağan edir.
Qurumun qərarına əsasən, Tarasova 5 min avro məbləğində cəza kəsilib.
Qeyd edək ki, bu cəzanı Tarasov üçün yüngül hesab etmək olar. Bundan əvvəl onun avrokuboklardan 10 oyunluq uzaqlaşdırılacağı bildirilirdi.//Qol.az