15 İyun 2014 09:43
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün dünyanın bir çox ölkələrində çılpaq velosipedçilərin yarışı başlayıb.

Bu aksiya yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırış məqsədi ilə keçirilir.

Aksiya İngiltərə və Meksikada yüksək maraqla keçirilib. İştirakçılar aksiya daxilində velosipeddə tam, yaxud yarıçılpaq vəziyyətdə oturaraq yürüşlər ediblər.

Velosipedçilər həmçinin, avtomobillərin şəhər üçün təhlükəli olmasına da diqqəti cəlb etməyə cəhd göstəriblər.

Qeyd edək ki, çılpaq velosipedçilər günü hər il dünyanın 50-dən çox ölkəsində qeyd olunur./anspress/


Müəllif: