"Barselona" futbolçusu Neymarın Braziliya millisi ilə Amerika kuboku və Rio olimpiadasında iştirakına icazə verməyib.
Bu barədə Braziliya Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, "Barselona" oyunçunun sözügedən turnirlərdən təkcə birində iştirakına razılıq verib.
Qurum Neymarın hər iki turnirdə oynaması üçün əlindən gələni edəcəyini qeyd edib.//Qol.az