9 Aprel 2016 12:09
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Teleqraf.com-un Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub.

Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır.

59 kq
2. Rövşən Bayramov - Dünya çempionatı 2-ci yer (2)

66 kq
9. Həsən Əliyev - Avropa çempionatı 3-cü yer (71 kq) (9)

71 kq
1. Rəsul Çunayev - Dünya çempionatı 1-ci yer (1)

75 kq
8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 3-cü yer (6)

80 kq
5. Rafiq Hüseynov - Qızıl Qran Pri 2-ci yer (5)

85 kq
6. Saman Təhmasibi - Dünya çempionatı 3-cü yer (5)
20. İslam Abbasov - Qızıl Qran Pri 3-cü yer (13)

98 kq
15. Orxan Nuriyev - Avropa çempionatı 5-ci yer (nr)

130 kq
10. Sabah Şəriəti - Qızıl Qran Pri 1-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.


Müəllif: