8 May 2016 18:31
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Bakıda “UEFA U-17” Avropa çempionatının ikinci turunun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, 8-ci kilometr stadionunda turnirin “B” qrupunda yer alan Ukrayna və Avstriya milli komandaları qarşılaşıb.

Norveçli baş hakim Svein-Erik Edvartsenin idarə etdiyi oyunun 7-ci dəqiqəsində avstriyalı Romano Şmidt hesabı açıb. On dörd dəqiqə sonra Avstriya millisi ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Valentino Müller fərqlənib.

Beləliklə, görüş 2:0 hesabı ilə Avstriya millisinin xeyrinə başa çatıb.

Hesabında 6 xal olan Avstriya yığması “B” qrupunun lideridir. Almaniya və Ukrayna komandaları isə 1 xalla ikinci-üçüncü pillədə qərarlaşıblar. Bosniya və Herseqovina millisi isə qrupda sonuncudur.

Qrupun digər oyunu isə mayın 8-də saat 19:00-da Dalğa Arenada Almaniya və Bosniya və Herseqovina yığmaları arasında keçiriləcək.


Müəllif: