Amerikanın Miçiqan ştatının Pontiak şəhərində yerləşən "Silverdoum" stadionu bir vaxtlar futbol üzrə dünya çempionatına səhnə olsa da, indi arena baxımsız vəziyyətdə qalaraq xarabalığa çevrilib. “Gümüş imarət” adlanan arena 1994-cü ildə dünya çempionatının oyunlarını qəbul edib. Həm də ilk dəfə dünya çempionatının matçı qapalı arenada oynanılıb.
Hazırda isə stadionun üst hissəsi yox dərəcəsindədir. Baxımsız vəziyyətdə olan “İmarət”in bir hissəsi isə fırtınanın qurbanı olub. Vaxtı ilə lüks sayılan otaqlar indi xarabalığı xatırladır.
Publika.az “Silverdoum”un son görüntülərini təqdim edir: