17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın Sarayevo şəhərində təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirində ikinci oyununu da qələbə ilə başa vurub.
Teleqraf.com-un məlumatına görə, Makedoniya komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın hər iki qolunu Kristina Bakarandze vurub.
Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasını 4:0 hesabı ilə məğlub etmişdi.