Avropa klublarının yeni reytinq siyahısı açıqlanıb.
Avropa ölkələrindəki 708 komandanın yer aldığı siyahıda mövsümün son ayındakı nəticələri də qeydə alınıb.
Cədvəldə Premyer Liqanın geridə qalan mövsümündə iştirak edən 10 komandanın da adı var. Ölkə çempionu “Qarabağ”da bu dəfə geriləmə müşahidə olunub. Mövsümü “qızıl dubl”la başa vuran Ağdam təmsilçisi mayda 9 komandanı özündən irəli buraxıb.
“Qarabağ”la yanaşı, “İnter”, AZAL, “Zirə”, “Kəpəz” və “Xəzər Lənkəran” da geriləyiblər.
Klublarımızdan yalnız 4-ü reytinqdə irəliləyib. “Qəbələ” və “Neftçi” aktivinə əlavə 41, “Sumqayıt” isə 51 xal yazdırıb. “Gənclik şəhəri” təmsilçisi bunun sayəsində 21 komandanı qabaqlayıb. “Rəvan” isə 2 pillə irəliləyib.
Reytinqin lideri yenə “Barselona”dır. Kataloniyalılar xal ehtiyatlarını artıraraq, zirvədəki yerlərini qoruyublar. Əvvəlki aylarda olduğu kimi, “Real” və “Bavariya” yenə ilk “üçlüy”ün növbəti yerlərində qərarlaşıblar.
Ümumiyyətlə, ilk “onluq” ciddi dəyişiklik baş verməyib. Yalnız PSJ ilə “Yuventus” yerlərini dəyişiblər. Ötən ay 5-ci yeri “Qoca sinyora”ya təhvil verən parislilər mövqelərini geri qaytarıblar.
Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2798) 8 pillə geriləyərək, 43-cü yerə enib. “Beşiktaş” 52-ci (2656 xal) yerdəki mövqeyini qoruyubsa, “Qalatasaray” 4 komandanı geridə qoyaraq 75-ci (2470) yerə yüksəlib.(publika.az)