Fransanın prezidenti Fransua Olland ölkəsinin futbol millisinin düşərgəsinə baş çəkib.
O, "Avro-2016"nın final mərhələsinə hazırlaşan yığmanın üzvləri ilə görüşüb, onlara dəstək olub.
F.Olland görüş zamanı oyunçulara, məşqçilərə inandığını deyib:
"Millidə hər kəs bütün diqqətini bu turnirə yönəldib".