"Mançester Yunayted" ilk transferini gerçəkləşdirib.
Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" "Vilyareal"dan Erik Baylini transfer edib.
22 yaşlı müdafiəçi ilə 4+2 illik sistem üzrə müqavilə imzalanıb. Mançester təmsilçisinin bu transfer üçün "Vilyareal"a nə qədər pul ödədiyi açıqlanmayıb.
"Mançester Yunayted"ə transfer olunmaqla xəyallarımı gerçəkləşdirdim. Joze Mourinyonun rəhbərliyi altında ən yaxşı oyunumu sərgiləmək istəyirəm. Komanda ilə məşq etməyi səbirsizliklə gözləyirəm" - deyə Bayli bildirib.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının üzvü ötən mövsüm "Vilyareal"ın heyətində 35 oyun keçirib.