“Brent” markalı neft avqust ayına olan fyuçə müqavilələrində dəyəri 51,07 dollardan reallaşdırılıb.
Publika.az xəbər verir ki, “Rosneft” rəhbəri İqor Seçin 2016-cı ilin sonuna neftin qiymətinin 50-55 dollar arasında dəyişəcəyini bildirib. O eyni zamanda qeyd edib ki, neftin qiymətinin 2017-ci ilin sonuna qədər yüksələcəyinə dair fundamental faktorlar yoxdur. Onun sözlərinə görə, növbəti ilin sonuna neftin qiyməti 65 dollar təşkil edəcək.
Rusiyanın maliyyə naziri Anton Siluanov isə bəyan edib ki, 2017-2019-cu illər üzrə üç illik proqnozda büdcədə neftin qiyməti 40 dollardan götürüləcək.