1 İyul 2016 20:24
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Türkiyə arasında münasibətlər normallaşandan sonra "Türk axını" layihəsinin həyata keçirilməsi üzrə danışıqların başlayacağı tamamilə mümkündür.

Bunu Trend-ə Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Mərkəzinin energetika proqramlarının direktoru Valentin Zemlyanski deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyə yenə də bu layihədə maraqlı olduqlarını bəyan edə bilərlər, lakin Avropanın bu təşəbbüsü dəstəkləyəcəyinə zəmanət yoxdur: "Türk axını" layihəsinin reallaşdırılması Türkiyəni energetika qovşağına çevirəcək, həmçinin aparıcı regional oyunçu kimi Türkiyənin mövqeyini gücləndirəcək".

Ekspert bildirib ki, əgər ABŞ-ın Avropaya təsiri azalsa, Avropa İttifaqının "Türk axını"na yenidən qayıtmaq istəməsi tamamilə mümkündür.


Müəllif:

Oxşar xəbərlər