11 Avqust 2016 18:40
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il qlobal neft tələbatı 2015-ci illə müqayisədə gündəlik 1 milyon 400 min barrel artaraq 96 milyon 300 min barrel təşkil edəcək. 2017-ci ildə isə tələbat 97 milyon 500 min barrelə yüksələcək.

Teleqraf.com "Azərtac"a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

Gələn il gündəlik 33 milyon 600 min barrellə ən çox neft tələbatı Asiya-Sakit okean ölkələrində olacaq. İkinci sırada gündəlik 31 milyon 400 min barrel tələbatla Amerika qitəsi qərarlaşacaq.


Müəllif:

Oxşar xəbərlər