22 Avqust 2016 19:28
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il avqustun 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli qrupun növbəti iclası keçirilib.

Fonddan Teleqraf.com-a verilən məlumata görə, iclas zamanı tərəflər mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlıq işlərini, 2015-ci il MHŞT hesabatlılığının Başlanğıc hesabatını, MHŞT üzrə Qiymətləndirmə prosesinin gedişatını, MHŞT-ni tətbiq edən ölkələrdə Elektron Hesabatlılıq Sistemi və bu sistemin Azərbaycanda tətbiqinin mümkünlüyünü, MHŞT-də baş verən proseslərin və onların nəticələrinin ictimaiyyət üçün işıqlandırılmasını və digər məsələləri müzakirə ediblər.

İclasda eyni zamanda Çoxtərəfli qrupun Davranış Kodeksi qəbul olunub.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.


Müəllif:

Oxşar xəbərlər